İKİ RAYONUN İCRA BAŞÇISI VƏZİFƏLƏRİNDƏN AZAD EDİLDİ

İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bundan əlavə Prezidentin sərəcamı ilə Abdin Ələsgər oğlu Fərzəliyev də  Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib