Gürcüstanda, Azərbaycanda və Ermənistanda orta ömür

Gürcüstanda orta ömür AB ilə müqayisədə 7 il azdır.

Bu barədə Tiflis Dövlət Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi məlumat yayıb.

Bildirilib ki, Gürcüstanda orta ömür 74 ildir — qadınlar kişilərdən (69,7 il) daha çox yaşayır (79,2 il).

Gürcüstan bu göstərici ilə Cənubi Qafqazda sonuncu yeri tutur. Belə ki, Azərbaycanda orta ömür 74,5 il, Ermənistanda isə 75,8 ildir.