Görün ermənilər Araz çayını nə hala salıblar — DƏHŞƏTLİ FOTOLAR

Araz çayının Ermənistandan keçən hissəsində nəzarətsiz qum hasilatı sahil zolağı üçün dəhşətli nəticələrə gətirib çıxarıb.

Bunu peyk görüntüləri də sübut edir.

Əvvəlki illərdə qeyri- qanuni qum hasilatı nəticəsində Türkiyə ilə sərhədin keçdiyi Araz çayı məcrasını dəyişib və onun hüdudlarından kənarda təxminən 330 hektar ərazisi olan ada yaranıb. Çayın əvvəlki məcrasına qaytarılması üçün bənd tikintisi nəzərdə tutulur:

“Bununla belə, çay sahilindəki karxanaların geniş miqyaslı istismarı (bu tikinti sənayesində vergi güzəştləri ilə stimullaşdırılıb) davam edir. Bunu “Google” xəritələrindən istifadə edərək yoxlaya bilərsiniz. Üstəlik, bəzi hallarda qum birbaşa çay yatağından çıxarılır (bu qadağandır). Təbiətin və yerin təkinin mühafizəsi üzrə müfəttişlik orqanı tərəfindən vaxtaşırı pozuntular qeydə alınır.

Vəziyyət çay sahilinin sərhəd zonasında yerləşməsi və ora giriş-çıxışın kəskin şəkildə məhdudlaşdırılması ilə çətinləşir. Beləliklə, sadə vətəndaşlar və ekoloqlar üçün bu zonada karxana işlərinin nəticələri ölkənin digər ərazilərinə nisbətən daha az nəzərə çarpır”. Kadrlardan görünür ki, böyük ərazilər sadəcə olaraq “yoxa çıxıb” və onların yerində çox güman ki, Araz çayının suyu ilə qidalanan “göllər” yaranıb.

Sayt qeyd edir ki, diqqət yetirilməli vacib məqam, karxanaların işlənməsi üçün verilən icazələrin uzunmüddətli olmasıdır.

Məsələn, bu sahədə ən böyük şirkətlərdən biri – Marqara kəndi ərazisində karxanaları inkişaf etdirən “ML Mining”in 2066-cı ilə qədər icazəsi var.

Sayt belə qənaətə gəlir ki, yerlərdə mövcud vəziyyətin səbəblərindən biri də lazımi nəzarətin olmaması ilə yanaşı, bu sahədə tüğyan edən korrupsiyadır.

/Publika.az