Erməni “arzusu”: Ərdoğan uduzsun, hücum edək… — Video

Erməni revanşistlər deyirlər ki, Ərdoğan 2023-cü ildə Türkiyədəki prezident seçkisində qalib gəlməsə, Ermənistan Azərbaycana hücum edəcək. Bu revanşistlərə xatırlatmaq istərdim ki, Azərbaycanın işğal olunmuş ərazilərini türk ordusu yox, Azərbaycan Ordusu azad edib.

İctimaimedia Axar.az-a istinadən xəbər ki, bu fikirləri rusiyalı siyasi analitik İqor Dmitriyev bölüşüb.

“Radikallar sərhədlərin delimitasiyasına qarşı çıxırlar, çünki bu, onların “miatsum” ideyasına ziyan vurur. Amma onların özləri 30 ildir ki, Qarabağı nə müstəqil edə bilib, nə də Ermənistanın tərkibinə salıb.

İndi erməni revanşistləri Ərdoğanın Türkiyədə 2023-cü ildə keçiriləcək prezident seçkisində məğlub olmasını arzulayırlar. Və deyirlər ki, guya bundan sonra onlar Azərbaycana hücum edəcəklər. Birincisi, Türkiyənin hazırkı Prezidentinin məğlub olacağı heç də inandırıcı deyil. İkincisi, ölkədə hakimiyyətə başqa lider gəlsə belə, Türkiyə bundan sonra Türkiyə olmayacaqmı? Üçüncüsü, məhz Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edib, Türkiyə ordusu yox! Azərbaycanın işğal olunmuş ərazilərini türk ordusu deyil, Azərbaycan Ordusu azad edib. Təxribat olsa, Azərbaycan Ordusu bu revanşistləri yenidən məhv edəcək», — deyə rusiyalı ekspert bildirib.