«Azdrama» koronavirusa görə bağlanıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (Azdrama) koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

Bu barədə İctimaimedia Report.az-a istinadən məlumat verir.

Milli Dram Teatrdan verilən məlumata görə, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb: «Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq».