«Mən Azərbaycan Milli Elmlər Akademiyasında baş verən son hadisələrə təəccüblənmirəm. Ramiz Mehdiyev Prezidentin siyasətinə zidd addımlar atır».
Bunu «Unikal»-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Işlər idarəsinin sabiq müdiri Elton Məmmədov deyib.
O bildirib ki, bu proseslər davam edəcək: «AMEA-nı xilas etmək lazımdır ki, Azərbaycan elmi dünya elminə düzgün inteqrasiya edə bilsin. AMEA-nın akademikləri ümumi yığıncaqda Ramiz Mehdiyevə etimadsızlıq göstərməlidirlər və bununla bağlı Dövlət başçısına müraciət etməlidirlər. Ramiz Mehdiyevin elm-idarəetmə sistemindən xəbəri yoxdur. Mən bunu demişəm və bu gün də həmin sözümün üzərindəyəm.
Çox təəssüf edirəm ki, Azərbaycan elminə səriştəsiz, dövlətinin inkişafını istəməyən bir insan rəhbərlik edir».