ABŞ və NATO Ukraynaya ordu yerləşdirməyəcək

ABŞ prezidenti Co Bayden bildirib ki, bizim Ukraynada öz ordumuzu və NATO qüvvələrini yerləşdirmək niyyətimiz yoxdur.

«Birləşmiş Ştatlar Ukraynaya qoşun göndərmək niyyətində deyil»- deyə dövlət başçısı bəyan edib.

Həmçinin, NATO-nun baş katibi Yens Stoltenberq də analoji bəyanatla çıxış edərək alyansa məxsus hərbi birləşmələrin Ukraynaya göndərilməyəcəyini təsdiq edib.

Bununla yanaşı, NATO-nun Şərq cinahında, o cümlədən də bölgəyə ABŞ əsgərlərinin göndərilməsi hesabına hərbi ittifaqın qüvvələrinin gücləndirilməsi istisna edilməyib.

Mənbə: “RİA Novosti”