Ailəsindən gizli döyüşən qazi: Məni saatlarla sürüyüb çıxardılar — VİDEO

İctimaimedia.az xəbər verir ki, «44 gün” verilişində Vətən müharibəsi qazisi Elvin Orucov öz döyüş yolundan bəhs edib.

Yaralanmasından danışan qazi qeyd edib ki, ayağından güllə yarası alıb: “Yoldaşlarım mənə döyüş meydanında ilkin tibbi yardım göstərdi. Oradan məni saatlarla sürüyərək çıxardılar”.

Onun sözlərinə görə, müharibədə iştirak etməsindən ailəsinin xəbəri olmayıb: “Valideynlərim heç vaxt Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyimi bilməyib. Yaralananda Müdafiə Naziliyindən ailəmə sağ olduğum barədə məlumat verməli olduğum deyildi. Əməliyyata girəndə zəng etdim ki, hospitaldayam, təlimdə yıxılmışam”.

Комментарии закрыты.