2 oğlu şəhid olan ana ürəkləri dağladı: Ad günündə toy edəcəkdik… — VİDEO
İctimaimedia.az xəbər verir ki, Baku TV Vətən mübaribəsində şəhid olan iki qardaş – Əli və İslam Əhmədov haqqında reportaj hazırlayıb.
Övladlarının yoxluğu ilə barışmağın çətinliyindən danışan şəhid anası Sevinc Əhmədova onları atasız böyütdüyünü qeyd edib:
“Uşaqlar balaca olanda ataları vəfat etdi. Onları tək böyütdüm. Uşaqlıqdan mənə arxa-dayaq idilər”.
S.Əhmədova birinci Əlinin, ardınca isə İslamın şəhidlik xəbərini aldığını söyləyib:
“Sentyabrın 27-də axşam dedilər ki, İslam sağdır, şəhid olmayıb, Əlinin dəfninə gələcək. Amma gözlədik, gəlmədi. Sentyabrın 28-də Əlini dəfn edib qayıdandan sonra İslamı gətirdilər.
Onu da elə həmin gün dəfn etdik”.
Комментарии закрыты.